Müəllif - Aida İsaq, Banco.az
Türkiyə iyulun 1-dən ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq.
Banco.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin qərarına istinadən məlumat yayıb. Məlumata görə, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon dollara çatıb.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Türkiyə ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsumları 5 dəfə artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!