Bu ölkənin prezidenti hökuməti varlılara əlavə vergilər tətbiq etməyə çağırıb | Banco.az

Bu ölkənin prezidenti hökuməti varlılara əlavə vergilər tətbiq etməyə çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tunis prezidenti hökuməti varlılara əlavə vergilər tətbiq etməyə çağırıb.

Banco.az xəbər verir ki, ötən 10 il ərzində hökm sürən siyasi hərc-mərcliyin səbəb olduğu iqtisadi böhranın getdikcə daha da dərinləşdiyi Tunisdə ölkə prezidenti Kays Səid hökuməti varlılara əlavə vergilər tətbiq etməyə çağırıb.

Prezident aparatından yayılan rəsmi bəyanata görə, Səid Karfagen sarayında Baş nazir Necla Budeni qəbul edib. 

Görüşdə ümumilikdə hökumətin işi, xüsusən də maliyyə balansları müzakirə olunub.

Ədalətə əsaslanan yeni üsulların tətbiqi ilə istənilən tarazlığın əldə edilməli olduğunu qeyd edən Səid bildirib ki, subsidiyaları ləğv etmək əvəzinə, varlı təbəqədən əlavə vergilər tələb edilsə, daha məqsədəuyğun olar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et