Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da kənd təsərrüfatındankənar məşğulluq proqnozları üstələyib.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi may ayı üzrə məşğulluq göstəricilərini açıqlayıb.
Buna görə, ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı may ayında 339 min nəfər artıb. İqtisadçılar artımın 190 min olacağını düşünürdü.
Bununla da, ölkədə ardıcıl 29-cu aydır ki, məşğul əhalinin sayında artım müşahidə olunur.
Bununla belə, sözügedən dövrdə ABŞ-da işsizlik səviyyəsi də 3,4 faizdən 3,7 faizə yüksəlib. Bu da işsizlik səviyyəsinin 2022-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatdığını göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!