Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanı iyul ayında neft hasilatında növbəti ixtisarı reallaşdıracaq.
Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 üzvdən ibarət OPEC ilə Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin energetika və neft nazirlərinin Avstriyanın paytaxtı Vyanada bazarın vəziyyətini qiymətləndirmək üçün toplaşdığı 35-ci OPEC və qeyri-OPEC Nazirlər İclası başa çatıb.
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman iclasdan sonra verdiyi açıqlamada tərəflər arasında əldə olunan "misilsiz" razılaşma ilə bazarın daha ədalətli, açıq və şəffaf olacağını bildirib.
Nazir həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı iyul ayında könüllü olaraq sutkalıq neft hasilatını yenidən azaldacaq, o cümlədən sözügedən əlavə ixtisar qərarının müddəti vəziyyətdən asılı olaraq uzadıla bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!