Tayvan və ABŞ ticarət sazişi imzalayıb | Banco.az

Tayvan və ABŞ ticarət sazişi imzalayıb

Müəllif - Aida İsaq, Banco.az

Tayvan və ABŞ ikitərəfli ticarət təşəbbüsü çərçivəsində müqavilə imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə “Prime” agentliyi məlumat yayıb. İmzalanma mərasimi Vaşinqtonda Amerika İnstitutunun Tayvandakı baş qərargahında keçirilib. Ölkənin keçmiş iqtisadiyyat naziri Deng Zhenzhong müqavilənin 1979-cu ildən bəri ABŞ-Tayvan ticarət danışıqlarının ən böyük və ən əhatəli nəticəsi olduğunu söyləyib.

O, həmçinin bu sazişin Tayvanın böyük ölkələrlə danışıqlar aparması və ticarət müqavilələri imzalaması üçün əsas addım olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram