Müəllif - Aida İsaq, Banco.az
Çin və Rusiya arasında hərtərəfli tərəfdaşlıq bütün dünya üçün faydalıdır.
Banco.az xəbər verir ki, bunu ÇXR hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui bildirib. Daha öncə diplomat bir sıra Avropa ölkələrində, Ukrayna və Rusiyada səfərdə olub. Onun sözlərinə görə, Çin və Rusiya hər iki ölkənin maraqlarına cavab verən və bütün dünya üçün faydalı olan hərtərəfli strateji tərəfdaşlığı həyata keçirir.
Diplomat həmçinin Pekin və Moskva arasında münasibətlərin qarşılıqlı hörmət və sülh şəraitində birgə yaşayış prinsiplərinə, əməkdaşlıq və tərəflərin faydasına əsaslandığını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!