Bakının avtomobil bazarında mayda aktivlik artıb | Banco.az

Bakının avtomobil bazarında mayda aktivlik artıb

Ötən ay Bakının avtomobil bazarında aprel ayına nisbətən xeyli aktivlik müşahidə edilib, ikinci əl avtomobillər təqribən 5% bahalaşıb.

Bunu  açıqlamasında avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

“Yeni avtomobillərin satışında isə bahalaşma olmayıb. Buna baxmayaraq, iyul-avqust aylarında yeni avtomobillərin qiymətinin 3 % civarında yüksələcəyi gözlənilir. May ayında paytaxtın avtomobil bazarında ənənəvi Avropa, Yaponiya, Cənubi Koreya, Amerika istehsalı olan avtomobillərlə yanaşı Çin avtomobillərinin də artdığı nəzərə çarpıb”, - E. Cəfərov bildirib.

E. Cəfərov əlavə edib ki, ötən ay kreditlə satılan avtomobillərin də bazar payı bir qədər artıb: "İkinci əl avtomobil bazarında əsas tələb əvvəlki aylarda olduğu kimi yenə də mühərrik həcmi 1 500 kub santimetr olan avtomobillərə olub. Yeni avtomobillərdən isə mühərrik həcmi 3 min kub santimetrə qədər olanlar daha çox satılıb. İri həcmli mühərriki olan avtomobillərə isə tələb bir qədər azalıb”.

Paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan şəxslər bildirir ki, bazarda əsas üstünlük “Mercedes”, “Hyundai”, Toyota” kimi avtomobil modellərinə verilib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram