Müəllif - Aida İsaq, Banco.az
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard inflyasiya və faiz artımları ilə bağlı fikirlərini açıqlayıb.
Banco.az xəbər verir ki, o, Almaniyanın Hannover şəhərində keçirilən bank konfransındakı çıxışında pandemiyadan sonra tədarük zəncirində yaranan problemlərə, Rusiyanın Ukraynada başlatdığı müharibəyə və xərcləri əhəmiyyətli dərəcədə artıran enerji böhranına diqqət çəkib. Tənzimləyici qurumun təmsilçisi inflyasiyanın çox yüksək səviyyədə olduğunu və uzun müddət belə qalacağını vurğulayaraq, inflyasiyanı 2 faiz səviyyəsinə endirməkdə qərarlı olduqlarını açıqlayıb. Buna görə də faiz dərəcələri indiyə qədər ən yüksək səviyyədə artırılıb.
Kristin Laqard belə bir sürətli irəliləyiş əldə etdikdən sonra hazırda da ciddi şəkildə sərtləşmə tədbirlərinə davam edilməli olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!