Avrozonada işsizlik azalıb | Banco.az

Avrozonada işsizlik azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında Avrozonada işsizlik azalma göstərib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) aprel ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın işsizlik göstəricilərini dərc edib.

Bəlli olub ki, Aİ-də mart ayında 6 faiz qeydə alınan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti aprel ayında dəyişməz qalıb. Avrozonada isə mart ayında 6,6 faiz olan işsizlik nisbəti aprel ayında 6,5 faizə düşüb.

Ölkələr üzrə nəzər saldıqda görürük ki, sözügedən dövrdə işsizlik nisbəti İspaniyada 12,7 faiz, Yunanıstanda 11,2 faiz, İtaliyada isə 7,8 faiz təşkil edib.

Qeyd edilib ki, Aİ-də aprel ayında işsiz insanların sayı 13 milyon 28 min ikən, bunların 11 milyon 88 mini Avrozonada yaşayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram