Müəllif: Tamara Mustafayeva, Banco.az
Tailand faiz dərəcələrini 8 ilin pik həddinə çatdırıb.
Banco.az xəbər verir ki, Tailand Mərkəzi Bankı inflyasiya ilə mübarizə çərçivəsində uçot dərəcəsini ötən 8 ilin ən yüksək səviyyəsinə qaldırıb.
Belə ki, Mərkəzi Bankın Pul Siyasəti Komitəsi yekdilliklə uçot dərəcəsini 25 baza bəndi artıraraq 2 faizə çatdırıb.
İqtisadçıların proqnozları da məhz bu istiqamətdə idi. Qeyd edək ki, ölkədə uçot dərəcəsi axırıncı dəfə 2015-ci ilin yanvarında bu səviyyəyə çatdırılmışdı.
Xatırladaq ki, Tailandın rəsmi valyutası olan baht ötən ay təxminən 1,5 faiz dəyər itirmiş, xarici investorlar səhm və istiqrazlarını satmağa başlamışdılar.
Bizi sosial şəbəkələrdən izləyin!!