Müəllif: Tamara Mustafayeva, Banco.az
Bazar dəyəri 1 trilyon dollara çatmış şirkətlərlə gəlin tanış olaq.
Banco.az xəbər verir ki, dünən səhmləri kəskin bahalaşan ABŞ-ın çip istehsalçısı “Nvidia” şirkəti bununla da, bazar kapitallaşmasını 1 trilyon dollara çatdırıb və dünyanın bu dəyərə yüksələn 9-cu belə şirkəti ünvanını qazanıb. Bəs 1 trilyon dollar bazar dəyərinə sahib digər şirkətlər hansılardır.
Apple
ABŞ-ın texnologiya nəhəngi “Apple” bazar dəyərini 2018-ci ilin avqust ayında 1 trilyon dollara çatdırmaqla tarixdə bu səviyyəyə yüksələn ilk şirkət olub.
Mayın 30-na olan məlumata görə, “Apple”ın bazar dəyəri 2,8 trilyon dollar təşkil edir.
Amazon
“Apple”dan düz bir ay sonra, 2018-ci ilin sentyabrında e-ticarət nəhəngi “Amazon”un da bazar dəyəri 1 trilyon dollara çatıb. “Amazon” buna nail olan ikinci şirkət kimi qeydə alındı.
Microsoft
ABŞ-ın texnologiya nəhəngi “Microsoft”un bazar dəyəri 2019-cu ilin aprelində 1 trilyon dollara çatıb.
Aramco
Səudiyyə Ərəbistanının aparıcı neft şirkəti “Saudi Aramco” 2019-cu ilin dekabrında səhmləri birjaya çıxarıldıqdan bir gün sonra 10% bahalaşaraq 1,06 trilyon dollar bazar dəyərinə çatıb.
Alphabet
“Google”un ana şirkəti “Alphabet” 2020-ci ilin yanvar ayında bir trilyon dollarlıq bazar dəyərinə çatmaqla bu həddi keçən üçüncü Amerika şirkəti olub.
Meta
“Facebook”, “Instagram”və “WhatsApp” kimi sosial media platformalarının sahibi “Meta” şirkətinin bazar dəyəri 2021-ci ilin iyun ayında 1 trilyon dollara çatıb.
Tesla
ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın bazar dəyəri 2021-ci ilin oktyabrında 1 trilyon dolları keçib
PetrolChina
Çinin nəhəng neft şirkəti “PetroChina” 2007-ci ilin noyabrında Şanxay Birjasında 1 trilyon dollarlıq bazar dəyərinə çatsa da, qısa müddət sonra bu ünvanını itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!