Avstraliyada istehlakçı inamı kəskin şəkildə aşağı düşüb | Banco.az

Avstraliyada istehlakçı inamı kəskin şəkildə aşağı düşüb

Müəllif - Aida İsaq, Banco.az

Avstraliyada istehlakçı inamı ötən həftə 1,1 bənd azalaraq mayın əvvəlindəki səviyyəyə enib.

Banco.az xəbər verir ki, “ANZ-Roy Morgan” tərəfindən həftəlik hesablanan istehlakçı güvən indeksi 77,3 bənddən 76,2 səviyyəsinə çatıb. Müvafiq səviyyə ardıcıl olaraq on üç həftə 80 baldan aşağı olub ki, bu isə 2008-ci ilin oktyabrından bəri ilk dəfə qeydə alınıb.

Qeyd edək ki, istehlakçı güvəni, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 90,7 baldan 14,5 bal, 2023-cü ilin həftəlik ortalaması olan 80 baldan isə 3,8 bal aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram