Ötən ilin fevralından 500-dən çox xarici şirkət Rusiyanı tərk edib | Banco.az

Ötən ilin fevralından 500-dən çox xarici şirkət Rusiyanı tərk edib

Müəllif - Aida İsaq, Banco.az

Ukraynada hərbi əməliyyatların başlamasından sonra bir çox şirkətlər Rusiyadakı fəaliyyətlərini məhdudlaşdırıb.

Banco.az xəbər verir ki, hazırda daha 151 brend öz biznesinin fəaliyyətini dayandırmaq prosesindədir. Daha 175 şirkətdə proseslər uzadılmağa davam edir. 230 şirkət isə bu istiqamətdə olan işlərin icrasını ləngidir ki, buraya əsasən Çin müəssisələri daxildir.

Yale Universitetinin məlumat bazasının rəhbəri Cefri Sonnenfeld şirkətlərin Rusiyadan getməsinin biznes baxımından yeganə düzgün qərar olduğunu bildirib. Çünki bu addımdan sonra şirkətlərin qiymətli kağızlarının dəyəri yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram