İngiltərədə avtomobil istehsalı artıb | Banco.az

İngiltərədə avtomobil istehsalı artıb

Müəllif - Aida İsaq, Banco.az

İngiltərədə avtomobil istehsalı ixracın artması hesabına çoxalıb.

Banco.az xəbər verir ki, ölkənin motor istehsalçıları və tacirləri birliyinin məlumatlarına görə, aprel ayında ötən ilin eyni dövrünə görə 9,9 faiz artımla 66 min 527 avtomobil istehsal edilib. İxrac 14,7 faiz artaraq 54 min 820 ədədə yüksəlib. İxracın ümumi istehsaldakı payı 78,9 faizdən 82,4 faizə yüksəlib.

İlin ilk dörd ayında ixrac 8,4 faiz artaraq 229 min 379 ədəd, istehsal isə 6,9 faiz artaraq 286 min 414 ədəd olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et