Argentina Çinlə mübadilə müqaviləsini yeniləmək üçün danışıqlar aparır | Banco.az

Argentina Çinlə mübadilə müqaviləsini yeniləmək üçün danışıqlar aparır

Müəllif - Aida İsaq, Banco.az

Argentina Çinlə imzalanan mübadilə müqaviləsinin müddətinin uzadılması üçün danışıqlar aparır.

Banco.az xəbər verir ki, məlumata görə, Argentina pesosunda yeni satış dalğasının qarşısını almaq istəyən Argentinanın İqtisadiyyat naziri Sergio Massa Çinlə bağlanan mübadilə müqaviləsini yeniləmək və yenidən müzakirə etmək üçün mayın 29-da Pekinə yola düşəcək.

Qeyd edək ki, Argentina və Çin ilk dəfə 2009-cu ildə 70 milyard yuan (9,9 milyard dollar) dəyərində svop sazişi imzalayıblar. Müqavilə 2020-ci ildə 130 milyard yuana yüksəldilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et