AK Latviyaya büdcə kəsirini azaltmağı tövsiyə edib | Banco.az

AK Latviyaya büdcə kəsirini azaltmağı tövsiyə edib

Müəllif - Aida İsaq, Banco.az

Avropa Komissiyası Latviyanı enerji dəstəyinin həcmini azaltmağa çağırıb.

Banco.az xəbər verir ki, məlumata görə, bu addım büdcə kəsirini azaltmağı təmin edəcək. Avropa Komissiyasının iqtisadi məsələlər üzrə icraçı vitse-prezidenti Valdis Dombrovskisin sözlərinə görə, makroiqtisadi kontekstdə Avropa Komissiyası Latviyaya ehtiyatlı fiskal siyasət yolu ilə dövlət büdcəsinin kəsirini azaltmağı, eyni zamanda Aİ vəsaitlərinin səmərəli mənimsənilməsini təmin etməyi və rəqabət qabiliyyətini artırmaq üçün islahatlar həyata keçirməyi tövsiyə edir.

Məlumata görə ölkədə rəqabət qabiliyyətinin artması və işçi qüvvəsi  ilə bağlı böyük çətinliklər yaranıb. Ona görə də hazırda Latviya üçün ən döğru addım kiçik və orta sahibkarlıq üçün maliyyə imkanlarını stimullaşdırmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et