ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb | Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın kommersiya əhəmiyyətli xam neft ehtiyatları azalıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya əhəmiyyətli xam neft ehtiyatlarının ötən həftə ərzində təxminən 12,5 milyon barel azalaraq 455 milyon 200 min barelə düşdüyünü açıqlayıb. 

Bazar proqnozu ehtiyatların 6 milyon 700 min barel azalacağını deyirdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji əhəmiyyətli xam neft ehtiyatları isə 1 milyon 600 min barel azalaraq 358 milyon barelə düşüb.

Ölkənin gündəlik xam neft hasilatı isə 13-19 may həftəsində 134 min barel artaraq 12 milyon 738 min barel hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et