Cənubi Koreya Mərkəzi Bankı üçüncü iclasda da eyni qərarı verib | Banco.az

Cənubi Koreya Mərkəzi Bankı üçüncü iclasda da eyni qərarı verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya Mərkəzi Bankı üçüncü dəfə faiz dərəcələrini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı (BoK) proqnozlara uyğun olaraq  ardıcıl üçüncü iclasında uçot dərəcəsini dəyişməyib.

Belə ki, mərkəzi bank cümə axşamı elan etdiyi qərara əsasən uçot dərəcəsini 3,50 faiz səviyyəsində saxlayıb.

Qərarın açıqlanmasından sonra mərkəzi bankın İdarə Heyəti faiz dərəcəsini daha da artırma ehtiyacı ilə bağlı daxili və xarici şərtlərdəki dəyişiklikləri qiymətləndirəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et