Mis qiymətləri 6 ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

Mis qiymətləri 6 ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mis qiymətləri ötən 6 ayın ən aşağı səviyyələrinə qədər ucuzlaşıb.

Banco.az xəbər verir ki, Kovid-19 məhdudiyyətlərinin başa çatmasından sonra Çinin zəif iqtisadi bərpası fonunda mis qiymətləri 6 aydan sonra ilk dəfə bir tonu 8 min dollardan aşağı düşüb.

London Metal Birjasında mis fyuçerslərinin qiyməti 2 faizədək ucuzlaşmaqla ötən ilin noyabr ayından bəri qeydə alınan ən aşağı səviyyəyə - 7944 dollara düşüb.

Qeyd edək ki, mis dünyanın ən böyük metal istehlakçısı olan Çində iqtisadi bərpanın zəifləməsi səbəbindən cari ay ərzində təxminən 7 faiz dəyər itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et