“ABŞ xəzinədarlığının nağd pul ehtiyatı yayın əvvəlində tükənə bilər” | Banco.az

“ABŞ xəzinədarlığının nağd pul ehtiyatı yayın əvvəlində tükənə bilər”

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-da dövlət borcu limitinin artırılması ilə bağlı razılığın əldə olunmaması ölkənin Maliyyə Nazirliyinin işlərini çətinləşdirə bilər.

Banco.az xəbər verir ki, bu barədə “Goldman Sachs”ın ekspertlərinin proqnozuna əsasən məlumat verilir. Qeyd olunur ki, iyunun 8-9-na kimi departamentdə öhdəliklər üzrə ödənişləri ödəmək üçün nağd pul tükənəcək. Bununla yanaşı, ekspertlər dövlət borcunun limitinin artırılması ilə bağlı kompromisin əldə olunma ehtimalını 30% səviyyəsində qiymətləndirilib. 

Qeyd edək ki, məlumata görə, Maliyyə Nazirliyinin nağd pul balansı iki həftə əvvəl təxminən 92 milyard dollar, bir həftə sonra isə 57 milyard dollardan bir qədər çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram