Bu ölkədə daşqınlar 400 min ton taxıl itkisinə səbəb olub | Banco.az

Bu ölkədə daşqınlar 400 min ton taxıl itkisinə səbəb olub

Müəllif - Aida İsaq, Banco.az

İtaliyada 400 min ton taxıl israf olunub.

Banco.az xəbər verir ki, buna ölkənin şimalında yerləşən Emiliya-Romanya əyalətində baş verən daşqınlar səbəb olub. Kənd təsərrüfatı istehsalçıları assosiasiyasının məlumatına görə, beynəlxalq qeyri-sabit vəziyyət fonunda milli tədarüklər təhlükəylə üzləşə bilər. Bildirilir ki, sözügedən bölgə taxıl istehsalı sahəsində ölkənin aparıcı kənd təsərrüfatı rayonudur. Baş verən daşqınlar texnika, əmlak itkisi və əkin sahələri ilə yanaşı, meyvə sahələrinə də öz təsirini göstərəcək.

Qeyd olunur ki, rayonda İtaliya üçün strateji məhsul olan taxıldan əlavə alma, armud, şaftalı, ərik, gavalı yetişdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram