Avropa İttifaqı "Meta" şirkətini rekord məbləğdə cərimələyib | Banco.az

Avropa İttifaqı "Meta" şirkətini rekord məbləğdə cərimələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası məlumat ötürülməsində yol verilən pozuntulara görə “Facebook” platfromasının sahibi “Meta” şirkətini 1,3 milyard dollar cərimələyib.

Banco.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp” sosial media platformalarını ehtiva edən “Meta Platforms” istifadəçi məlumatlarının ABŞ-a ötürülməsi əsas gətirilərək Avropa İttifaqı (Aİ) səlahiyyətliləri tərəfindən rekord məbləğdə - 1,3 milyard dollar cərimələnib.

Sözügedən qərar ABŞ hökumətini Meta və digər minlərlə transmilli şirkətlər üzərində nəzarəti gücləndirməyə vadar edə bilər.

Xatırladaq ki, şirkət ötən il ABŞ serverlərində Aİ məlumatlarını emal edə bilməyəcəyi təqdirdə Avropada “Facebook” və “Instagram” platformalarını bağlayacağını söyləmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et