Bu ölkədə dollardan istifadəyə qadağa qoyulub | Banco.az

Bu ölkədə dollardan istifadəyə qadağa qoyulub

Müəllif - Aida İsaq, Banco.az

İraq ölkədə dollar valyutası ilə əməliyyatların həyata keçirilməsinə qadağa qoyub. 

Banco.az xəbər verir ki, buna əsas səbəb olaraq ABŞ-ın uzun illər dünyanın ehtiyat valyutası olan dollardan silah kimi istifadə etməsi göstərilib. Beləliklə, yaranan vəziyyət ölkələri de-dollarizasiya strategiyalarına üz tutmağa vadar edir ki, nəticədə İraq hökuməti həm şəxsi, həm də kommersiya əməliyyatlarında dollardan istifadəni qadağan edib. Hazırda ölkədə müvafiq xarici valyutanın alışı və satışı qadağandır.

Qeyd edək ki, İraq hakimiyyəti dollardan istifadədən imtina qərarının milli valyuta olan dinarın güclənməsi fonunda ölkənin suverenliyini və iqtisadiyyatını stimullaşdıracağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram