2023-cü ildə sərvətini ən çox artıran sahibkar bəlli olub | Banco.az

2023-cü ildə sərvətini ən çox artıran sahibkar bəlli olub

Müəllif - Aida İsaq, Banco.az

“Meta” şirkətinin sahibi Mark Zukerberq 2023-cü ilin əvvəlindən sərvətini 44,3 milyard dollar artırıb.

Banco.az xəbər verir ki, “Blomberg”in “Milyarderlər İndeksi”nə əsasən, sahibkarın sərvəti hazırda 89,9 milyard dollar səviyyəsində qiymətləndirilir. Bununla yanaşı, ilin əvvəlindən sərvət artımına görə də Mark Zukerberq milyarderlər arasında birinci yerdədir. İkinci yerdə “Louis Vuitton Moët Hennessy” şirkətinin prezidenti Bernard Arnault (40,1 milyard dollar), üçüncü yerdə isə “Tesla” və “SpaceX”in yaradıcısı İlon Mask (39,1 milyard dollar artım) qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram