Scrum Master | Banco.az
PAŞA Bank

Scrum Master

Vakansiya haqqında məlumat: 

PAŞA Bank namizədləri Scrum Master vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Həlləri planlaşdırmaq, idarə etmək və həyata keçirmək üçün çevik metodologiyanın dəyərlərinin, prinsiplərinin və üsullarının istifadə edilməsi;
  • Tapşırıqların, məsələlərin, risklərin və tədbirlər planının bəndlərinin müəyyən edilməsi və idarə edilməsi;
  • “Scrum” sisteminə həsr olunan tədbirlərin, iclasların və qərar qəbuletmə proseslərinin planlaşdırılması və bunların həyata keçirilməsinə köməklik göstərilməsi;
  • İşlərin icrasında əldə edilən irəliləyişə və əmək məhsuldarlığına nəzarət edilməsi və işçi heyətlərinin təkmilləşdirmələr etməsinə köməklik göstərilməsi;
  • Sınaq nümunələrinin nümayiş etdirilməsinin və məhsulun/sistemin sınaqdan keçirilməsinin planlaşdırılması və təşkil edilməsi;
  • Layihə proseslərinin və nəticələrinin izlənməsi;
  • Maraqlı tərəflər üçün cari vəziyyət haqqında hesabatların hazırlanması və təqdim edilməsi;
  • Heyətə və təşkilata çevik üsulların metodologiyalarının istifadə edilməsi qaydası haqqında təlimatların verilməsi;
  • Heyətə təlim verilməsi; şəffaf və dəyişən şəraitə uyğunlaşmağı bacaran heyət standartlarının qavranmasına köməklik göstərilməsi;
  • Yeni məhsulun buraxılmasını planlaşdırmaqda və yarımçıq işləri başa çatdırmaqda məhsul sahibinə köməklik göstərilməsi;
  • Mədəniyyətlərarası anlaşılmazlıqlar və ya logistika problemləri kimi maneələrin aradan qaldırılması;
  • Bütün heyət üzvləri arasında sıx əməkdaşlığın təşviq edilməsi, heyət üzvlərinin bir-birinə çarpaz təlim verməsinin və köməklik göstərməsinin təşviq edilməsi;
  • Heyət daxilində və xaricində ünsiyyətin və əməkdaşlığın həyata keçirilməsinə köməklik göstərilməsi;
  • Heyətin və təşkilatın bütün səviyyələrində Çevik proseslərin, prinsiplərin və üsulların həyata keçirilməsi;
  • Heyət daxilində özünütəlimin və karyera yüksəlişinin təşviq edilməsi;
  • Söhbətlər, təlim vermə və rol oyunu çalışmaları vasitəsilə heyətə çevik düşüncə tərzinin aşılanması;
  • Cəza qorxusu olmadan problemlərin qaldırıla biləcəyi etibarlı və təhlükəsiz mühitin yaradılması;
  • Heyətin tədbirlərinin keçirilməsinə köməklik göstərilməsi: gələcək fəaliyyətin planlaşdırılması, keçmiş fəaliyyətin qiymətləndirilməsi.

Sizdən nə tələb olunur?

  • Çevik inkişaf sahəsində 1-3 il iş təcrübəsinə və Scrum adlı layihə idarəetməsi sisteminin təlimatçısı və ya buna bənzər vəzifədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir
  • Layihə təşkilatçısı vəzifəsində keçmiş iş təcrübəsi də yüksək qiymətləndirilir, lakin zəruri deyil (çevik təşkilatçılıq sahəsində iş təcrübəsinə üstünlük verilir)
  • Çevik təşkilatçılığın əsasları haqqında güclü biliyə malik olma
  • Heyətə çevik üsullar haqqında təlim vermək və maksimal biznes imkanlarından vaxtında istifadə etmək məqsədilə çevik metodologiyaya riayət olunmasını təmin etmək qabiliyyətinə malik olma.
  • Mürəkkəb məlumatları çatdırmaq və yeni anlayışları öyrətmək qabiliyyəti ilə yanaşı güclü ünsiyyət bacarıqlarına malik olma
  • Dil bilikləri: İngilis dili.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 20.06.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.