Anderrayteri "Unicapital İ.Ş." olan MAX MMC istiqrazlarının BFB-də yerləşdirilməsinə başlanılır | Banco.az

Anderrayteri "Unicapital İ.Ş." olan MAX MMC istiqrazlarının BFB-də yerləşdirilməsinə başlanılır

28 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında MAX MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edən, 500 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.

Artıq BFB-da listinqdən keçmiş istiqrazların yerləşdirilməsi "Unicapital İnvestisiya Şirkəti" ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) 23 may 2023-cü il tarixində həyata keçiriləcəkdir.

Nəzərinizə çatdırmaq istərdik ki, çap avadanlıqları üzrə xidmətlər göstərən "MAX" MMC-nin nizamnamə kapitalının 1%-i Abbasov Anar Alik oğluna, 73,99%-i "MAX Gürcüstan" şirkətinə və 25,01%-i "PAŞA İnvestments" MMC-yə məxsusdur.

Bildiyiniz kimi, qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən "Unicapital İ.Ş.", emitentlərə göstərdiyi təqdirəlayiq dəstəyi və qiymətli kağızlar bazarına verdiyi töhfələrlə daima diqqət mərkəzində olmuşdur.

"Unicapital İ.Ş." ASC korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün etibarlı və asan anderraytinq xidməti təklif edir.

Bu gün müştəri sayı 600 000-i ötmüş, nizamnamə kapitalı 100%-lik "Unibank KB" ASC-yə məxsus olan "Unicapital İnvestisiya Şirkəti" ASC, 2007-ci ildən fond bazarının peşəkar iştirakçısı, BFB-nin ilk və ən uzunmüddətli üzvüdür.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, hərracın baş tutacağı tarix yerləşdirmədən ən az 2 iş günü öncə Bakı Fond Birjasının rəsmi internet saytı vasitəsilə ictimaiyyətə açıqlanacaqdır.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər buraxılışın anderrayteri olan "Unicapital İnvestisiya Şirkəti" ASC-ə və ya BFB-a üzv olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.

Xatırladaq ki, fiziki şəxslər 01.02.2023-cü il tarixindən etibarən 5 il müddətinə Bakı Fond Birjasında kütləvi təklif edilmiş istiqrazları əldə etdikdə (bank depozitlərindən fərqli olaraq) faiz ödənişi zamanı faiz gəlirləri üzrə 10% gəlir vergisindən azaddırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram