Müəllif - Aida İsaq, Banco.az
Rusiyada “Apple” cihazlarının təmirini rəsmi şəkildə həyata keçirən mərkəzlər fəaliyyətini dayandırıb.
Banco.az xəbər verir ki, Moskvada "MacLabs” və Sankt-Peterburqda “B2X” şirkətlərinin qapıları artıq müştərilərin üzünə bağlanıb. Buna sanksiyalar fonunda "Apple" qadcetlərinin Rusiyaya rəsmi çatdırılmasının dayandırılması, həmçinin kompüter və planşetlər üçün hissələrin idxalının həyata keçirilməməsi səbəb olub. "Brobrolab"ın baş direktoru Dmitri Kiryanovun sözlərinə görə, 2022-ci ildə xidmət mərkəzinin müştərilərinin sayı iki dəfə azalıb ki, müvafiq tendensiya hazırda davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!