İqtisadçılar FED-in uçot dərəcəsini dəyişməyəcəyini proqnozlaşdırıb | Banco.az

İqtisadçılar FED-in uçot dərəcəsini dəyişməyəcəyini proqnozlaşdırıb

Müəllif - Aida İsaq, Banco.az

FED-in faiz dərəcəsi 2023-cü ilin sonuna qədər cari 5,0-5,25 faiz səviyyəsində qalacaq.

Banco.az xəbər verir ki, bu “Reuters” agentliyinin 116 iqtisadçı arasında apardığı sorğuya əsasən məlum olub. FED may iclasında faiz dərəcələrini 25 bənd artıraraq 5,0-5,25 faizə çatdırıb.

Bundan başqa, mayın 11-16-da sorğuda iştirak edən 46 iqtisadçıdan 34-ü ABŞ iqtisadiyyatının 2023-cü ildə resessiyaya uğrayacağını proqnozlaşdırıb.

Sorğu iştirakçıları işsizlik səviyyəsinin 2023-cü ilin sonuna qədər 3,4 faizdən 4,2 faizə, 2024-cü ildə isə 4,5 faizə yüksələcəyini proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram