Fransada ərzaq qiymətlərinə yenidən baxılacaq | Banco.az

Fransada ərzaq qiymətlərinə yenidən baxılacaq

Müəllif - Aida İsaq, Banco.az

Fransada ərzaq qiymətlərinin səviyyəsi yenidən müəyyənləşdiriləcək.

Banco.az xəbər verir ki, ölkənin maliyyə naziri Bruno Le Mairenin məlumatına görə, bu mövzuda pərakəndə satıcılarla vaxtından əvvəl danışıqlar aparılacaq. Nazir müvafiq qərarın ərzaq şirkətlərinə qiymətləri aşağı salmaq üçün təzyiq göstərdikdən sonra verildiyini bildirib. O, həmçinin bunun istehlakçılar üçün şad xəbər olduğunu qeyd edərək qiymətlərin vaxtından əvvəl ucuzlaşması fonunda inflyasiya ilə mübarizə aparmağın mümkün olacağını vurğulayıb.

Qeyd edək ki, aprelin ikinci yarısında prezident Emmanuel Makron Fransada ərzaq qiymətlərinin payızın əvvəlinə qədər yüksək qalacağını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et