Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti faiz qərarı investorların gündəmindədir.
Banco.az xəbər verir ki, aprel ayında uçot dərəcəsini 25 baza bəndi artıran FED-in bu dəfə hansı istiqamətdə qərar verəcəyi böyük maraq doğurur. Bəs FED növbəti faiz qərarını nə vaxt elan edəcək?
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarının qəbul ediləcəyi iclasın təqvimi açıqlanıb.
Buna görə, iyunun 14-də FED-in faiz qərarı iclası keçiriləcək və kritik faiz qərarı axşam saatlarında açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!