Müəllif - Aida İsaq, Banco.az
Fransada 16 Avropa dövlətinin nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək.
Banco.az xəbər verir ki, iclasda nüvə enerjisində Rusiyadan asılılığın azaldılması imkanları nəzərdən keçiriləcək. Görüşdə Avropa İttifaqının 14 ölkəsinin enerji nazirləri, İtaliyadan müşahidəçi nümayəndə, Böyük Britaniyadan isə “xüsusi qonaq” iştirak edəcək. Eyni zamanda, müvafiq nəticəyə dərhal nail olmağın mümkün olmadığı qeyd olunur. Çünki bəzi Avropa ölkələrində Rusiya layihələri üzrə tikilmiş AES-lər vardır.
Bizi sosial şəbəkələrdən izləyin!!