Bu ölkədə inflyasiya 2002-ci ildən bəri ən yüksək həddə çatıb | Banco.az

Bu ölkədə inflyasiya 2002-ci ildən bəri ən yüksək həddə çatıb

Müəllif - Aida İsaq, Banco.az

Argentinada bahalaşma aprel ayında 8,4% təşkil edib.

Banco.az xəbər verir ki, bu, ötən ilin eyni ayından bəri ən yüksək göstəricidir. Məlumata görə, 2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 8,4%, məcmu artımı 32% təşkil edib. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 108,8% təşkil edib. Ən çox bahalaşma 10,8 faiz olmaqla geyim məhsullarında qeydə alınıb. Ərzaq məhsulları orta hesabla 10,1 faiz bahalaşıb.

Fevralda Latın Amerikası ölkəsində illik inflyasiya 102,5% təşkil edərək 1991-ci ildən bəri ən yüksək həddə çatıb. 2022-ci ildə qiymət artımı 94,8%, 2021-ci ildə 50,9%, 2020-ci ildə 36,1%, 2019-cu ildə 53,8% səviyyəsində olub.

Qeyd edək ki, aprelin birinci yarısında Argentina Mərkəzi Bankının mətbuat xidməti 2023-cü ildə ölkədə inflyasiyanın üçrəqəmli rəqəmə çatacağını və 100%-i keçəcəyini proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et