Müəllif - Aida İsaq, Banco.az
G7 ölkələri tərəfindən Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatlardan əziyyət çəkən Ukrayna üçün ayrılan maliyyə yardımının həcmi 44 milyard dollar təşkil edib.
Banco.az xəbər verir ki, müvafiq məbləğ 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər olan dövr üçün maliyyə yardımının həcmini əhatələyir. Bu qərarı maliyyə nazirləri və G7 dövlətlərinin mərkəzi banklarının rəhbərləri Yaponiyanın Niiqata şəhərində keçirilən görüşdən sonra açıqlayıb. Dəstək məqsədli maliyyə vəsaitinin həcminin artırılması növbəti dörd il ərzində Beynəlxalq Valyuta Fondunun (BVF) Ukrayna üçün 15,6 milyard dollardan çox məbləğdə proqramını həyata keçirməyə imkan verəcək.
Qeyd edək ki, daha öncə Ukraynanın baş naziri Denis Şmıqal ölkəsinin Avropa İttifaqından (Aİ) 20 milyard dollar vəsait əldə etdiyini vurğulayaraq, Aİ-nin Ukrayna büdcəsinin əsas donoruna çevrildiyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!