İtaliyada “makaron tətili” baş verə bilər | Banco.az

İtaliyada “makaron tətili” baş verə bilər

Müəllif - Aida İsaq, Banco.az

Makaron məhsullarının bahalaşması İtaliyada tətillərə səbəb ola bilər.

Banco.az xəbər verir ki, ölkənin İstehlakçılar cəmiyyəti Antiinhisar İdarəsinə və Kənd Təsərrüfatı Məhsullarının Keyfiyyətinin Mühafizəsi və Dələduzluqla Mübarizə üzrə Mərkəzi Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət ünvanlayaraq makaron məmulatlarının pərakəndə satış qiymətlərindəki kəskin dəyişikliyin araşdırılmasını xahiş edib. Çünkü bəzi pərakəndə satış şəbəkələrində makaron məhsullarının bahalaşması inflyasiyadan iki dəfə yüksək olub.

Assosiasiya nümayəndələrinin sözlərinə görə, əgər yaxın gələcəkdə makaron məhsullarının qiymətlərinin ucuzlaşmayacağı təqdirdə alıcılar “makaron tətili”nə start verəcək. Lakin istehsalçı qurumlar hazırda piştaxtalarda yer alan makaronların taxılın maya dəyərinin ən yüksək həddə olduğu dövrdə istehsal olunduğuna, qablaşdırma və logistika üçün xərclərin artmasına diqqət çəkərək bahalaşmaya tərəfdar çıxıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram