Müəllif - Aida İsaq, Banco.az
Özbəkistan sakinləri yay aylarında elektrik enerjisi qıtlığı ilə üzləşə bilər.
Banco.az xəbər verir ki, bunu respublika prezidenti Şavkat Mirziyoyev bildirib. Onun sözlərinə görə, cari ildə elektrik enerjisi üzrə çatışmazlığın 3,4 milyard kilovatsaat olması gözlənilir. Eyni zamanda, 2023-cü ilin yayında gündəlik tələbatın hazırkı 195 milyondan 255 milyon kilovatsaata qədər arta biləcəyi proqnozlaşdırılır.
Prezident bu vəziyyətin artıq hamıya məlum olduğunu və bu fonda bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. Məsələn, 2023-cü ildə ölkədə 2 min MVt gücündə günəş və külək elektrik stansiyaları işə salınaraq, 1,2 min MVt gücündə günəş panelləri quraşdırılacaq. Onlar evlərin damında, həmçinin müəssisələrdə və obyektlərdə yer alacaq. Onun sözlərinə görə, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması üçün xüsusi “Yaşıl enerji” sertifikatları tətbiq ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!