Müəllif - Aida İsaq, Banco.az
2023-cü ildə Ukraynada buğda istehsalı 21% azalacaq.
Banco.az xəbər verir ki, buğda istehsalının 16,5 milyon tona qədər azalacağı gözlənilir. Buğda istehsalı 2022-ci ildə 20,9 milyon tona çatıb. Həmçinin 2021-ci ildə ukraynalı fermerlər 33,01 milyon ton məhsul əldə edib.
Bundan başqa, Ukraynadan buğda ixracının 33% azalaraq 15 milyon tondan 10 milyon tona düşəcəyi proqnozlaşdırılır. Buğda ilə yanaşı, digər dənli bitkilərin istehsalının da 16% yəni 34,06 milyon tondan 28,67 milyon tona qədər azalacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!