Azər Türk Bank
                        
                        
                    
                    
                    
                    Risk Menecmenti Departamentinin Əməliyyat riskləri və risk hesabatlıq şöbəsində Aparıcı / Baş mütəxəssis
Vakansiya haqqında məlumat: 
Risk Menecmenti Departamentinin Əməliyyat riskləri və risk hesabatlıq şöbəsində Aparıcı / Baş mütəxəssis
Təsvir
- Əməliyyat, bazar və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması
 - Əməliyyat riski çərçivəsinin və siyasətlərinin inkişafı və təkmilləşdirilməsi
 - Rəhbərlik üçün gündəlik, aylıq və rüblük risklərin təhlilinin hazırlanması
 - Bankın yeni məhsulları, limitləri və xidmətlərinin baş verə biləcək risklərə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi
 - Skorinq və reytinq modellərinin qurulmasında və tətbiqində iştirak etmək
 - Vaxtaşırı makroiqtisadi təhlillərin aparılması
 
Tələblər
- Ali təhsil (Maliyyə və Mühasibatlıq, Risklərin idarə edilməsi, İqtisadi Kibernetika Mexanika – Riyaziyyat üzrə bakalavr və ya magistr təhsilinin olması arzuolunandır)
 - Səlis Azərbaycan və İngilis dili biliyi
 - Əməliyyat, bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə minimum 3 il iş təcrübəsi
 - Microsoft Office proqramları üzrə biliklər (Xüsusən Excel, PowerPoint və Power BI)
 - Analitik qabiliyyət və məlumat bazası (Python və SQL) ilə işləmək bacarığı
 - Risk və maliyyə hesabatlığının təhlili bacarığı
 - Statistik və Ekonometrik təhlil bacarığı
 - Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq
 
Bizi sosial şəbəkələrdən izləyin!!
