Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Xalq Bankı (mərkəzi bank) faiz dərəcəsini sabit saxlayıb.
Banco.az xəbər verir ki, Çin Xalq Bankı göstərici faiz dərəcəsi hesab edilən orta müddətli kredit faiz dərəcəsini (MLF) dəyişməyib.
Belə ki, mərkəzi bank 125 milyard yuan məbləğindəki bir illik orta müddətli kreditlər üçün faiz dərəcəsini bazar proqnozlarına uyğun olaraq 2,75 faiz səviyyəsində saxlayıb.
Qeyd edək ki, Çin Xalq Bankı bu ay ərzində 100 milyard yuan MLF əvəzinə 125 milyard yuan kredit verməklə bank sisteminə 25 milyard yuan qazandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!