Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqının Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini müsadirə etməyə və Ukraynaya ötürməsinə heç bir hüquqi əsası yoxdur.
Banco.az xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib. O, bu mövzuda müzakirələrin 2022-ci ilin sonundan bəri davam etdiyini bildirib. Nümayəndənin sözlərinə görə, müzakirələr bu aktivlərlə aparılacaq əməliyyatlar və onlardan əldə edilən gəlirlərdən istifadə etmək istiqamətində aparılır. Qanunlara əməl olunmasının vacibliyini xatırladan K.Viqand aktivləri müsadirə etməyin mümkün olmadığını qeyd edərək həmçinin bu vəsaitlərdən əldə edilən gəliri Kiyevə yönəldilməsinin mümkün olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!