Aİ ölkələri Rusiyaya qarşı daha sərt enerji sanksiyalarının tətbiqində razılığa gəlib | Banco.az

Aİ ölkələri Rusiyaya qarşı daha sərt enerji sanksiyalarının tətbiqində razılığa gəlib

Müəllif - Aida İsaq, Banco.az

Aİ ölkələri Rusiyaya qarşı daha sərt enerji sanksiyalarının tətbiqiylə bağlı razılığa gəlib.

Banco.az xəbər verir ki, məlumata görə, Rusiya neftinin bəyan edilməmiş idxalından faydalanan dövlətlər də bu qərarın əleyhinə fikir bildirməyib.  Qeyd olunur ki, 11-ci sanksiya paketi əvvəlkilərdən daha dəqiq və əhatəli olması ilə fərqlənir. Bu səbəbdən ölkələr bütün təklifləri nəzərdən keçirir.

Xatırladaq ki, daha öncə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin mövcud məhdudlaşdırıcı tədbirlərdən yayınma hallarının qarşısını almaq məqsədi ilə hazırlandığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et