Mediasiya Şurası və Mərkəzi Bank arasında əməkdaşlıq müzakirə olunub | Banco.az

Mediasiya Şurası və Mərkəzi Bank arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) Mediasiya Şurası ilə görüş keçirilib.

Görüş zamanı Mərkəzi Bankın maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasının daim diqqətdə saxlaması, eyni zamanda mübahisələrin alternativ həlli üsulu kimi mediasiyanın əhəmiyyəti vurğulanıb.

Görüşdə Mediasiya Şurası və Mərkəzi Bank arasında qarşılıqlı əlaqə qurulması geniş müzakirə olunub, həmçinin sığorta sahəsində mübahisələrin həllində mediasiyanın rolunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Yaxın zamanlarda bazar iştirakçıları ilə bərabər bu mövzuda elmi-praktiki konfransın təşkili məsələsi müzakirə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et