Müəllif - Aida İsaq, Banco.az
“Xiaomi 13 Pro” smartfonu “Red Dot Design Award 2023”ün ən yaxşı dizayn mükafatına layiq görülüb.
Banco.az xəbər verir ki, müvafiq mükafat Essendəki Şimali Reyn-Vestfaliya dizayn mərkəzi tərəfindən təqdim olunur. Bununla yanaşı, müvafiq kateqoriya üzrə 24 “Xiaomi” qadceti, o cümlədən flaqman “13 Pro”, “Xiaomi Sound Move” dinamiki və “Xiaomi Mijia” qabyuyan maşını da qiymətləndirilib.
Qeyd edək ki, 1954-cü ildə Hannoverdə keçirilən Beynəlxalq Dizayn Forumu tərəfindən təsis edilmiş “iF Design Award 2023” beynəlxalq dizayn müsabiqəsi çərçivəsində 46 “Xiaomi” modeli mükafatlandırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
