Neftin qiyməti yenidən bahalaşıb | Banco.az

Neftin qiyməti yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft Çin və ABŞ inflyasiyalarının təsirindən yenidən bahalaşıb.

Banco.az xəbər verir ki, investorlar dünyanın iki ən böyük iqtisadiyyatında inflyasiyanın istiqamətini və tədarükün azalması ehtimallarını qiymətləndirdikcə neft yenidən bahalaşıb. Bu, son beş sessiya ərzində qeydə alınan dördüncü yüksəliş olub.

ABŞ xam nefti çərşənbə günü üç seansda əldə etdiyi qazancın ardından 1,6 faiz ucuzlaşdıqdan sonra bu gün yenidən 73 dolları keçib.

Brent markalı nefti isə 76,25 dollara satılır.

Xatırladaq ki, Kanadadan tədarük edilən xam neftin miqdarı Albertanın bir çox bölgəsinə yayılan meşə yanğınlarına görə azalmaya məruz qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et