Müəllif: Tamara Mustafayeva, Banco.az
“Microsoft” bu il tam ştatlı işçilərinin maaşlarını artırmayacağını elan edib.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkəti cari makroiqtisadi böhranın öhdəsindən gəlmək üçün il ərzində bütün tam ştatlı işçilərin maaşlarını dondurmaq qərarına gəlib. “Microsoft” bu addımı ilə qənaət tədbirlərinə müraciət edən ABŞ-ın sonuncu texnologiya şirkəti olub.
Qeyd edək ki, şirkətin baş direktoru Satya Nadella mövzu ilə bağlı işçilərinə e-poçt göndərib.
Nadella bu il muzdlu işçilər üçün maaş artımı olacağını, lakin tam ştatlı işçilər üçün bunun tətbiq edilməyəcəyini bildirib.
Bonusların verilməyə davam edəcəyini ifadə edən direktor sözügedən qərarın şirkəti uzunmüddətli müvəffəqiyyətə hazırlamaq yolunda zəruri olduğuna dair inamlarını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!