Evini sığortalamaq istəyənlər üçün PAŞA Sığortadan xüsusi təklif!- Sığortala evini, qazan hədiyyəni! | Banco.az

Evini sığortalamaq istəyənlər üçün PAŞA Sığortadan xüsusi təklif!- Sığortala evini, qazan hədiyyəni!

Havalar isindikcə artıq hər kəs öz evindən uzaqlaşaraq tətil üçün xarici ölkələrə, yaxud bağ evinə üz tutur. Lakin evdən uzaqda belə onun təhlükəsizliyindən əmin olmaq lazımdır. PAŞA Sığorta doğma evini baş verə biləcək risklərə qarşı sığortalamaq istəyənlər üçün “Sığortala evini, qazan hədiyyəni!” adlı yeni kampaniyasını təqdim edir.

Belə ki, “Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna daxil olan Zeytun, Çinar və Cökə paketlərindən birini əldə edərək həm evinizi sığortalayacaq, həm də PAŞA Sığortadan hədiyyə olaraq alış-veriş kartı qazanacaqsınız. Yeni kampaniyamıza, əsasən, müştərilərimiz 99 AZN sığorta haqqı ilə Çinar, 149 AZN sığorta haqqı ilə Cökə və ya 199 AZN sığorta haqqı ilə Zeytun paketlərindən birini əldə etdiyi zaman “BRAVO” marketlər şəbəkəsində müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində alış-veriş kartını hədiyyə olaraq əldə edəcəklər. Qeyd edək ki, fərdi könüllü əmlak sığortası əldə etmək istəyən və sığorta haqqı 200 AZN-dən yüksək olan müştərilərimiz də kampaniyadan faydalanaraq 50 AZN dəyərində hədiyyə kartı əldə edəcək. Kampaniya 10-31 may tarixləri arasında qüvvədədir.

Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya  https://cutt.ly/Sigortalaevini2023 keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciət etmək də mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram