"Twitter"ə yeni funksiyalar əlavə olunacaq | Banco.az

"Twitter"ə yeni funksiyalar əlavə olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Twitter” platformasına yeni funksiyaların əlavə olunacağını elan edib.

Banco.az xəbər verir ki, İlon Mask rəhbəri olduğu “Twitter” platformasına dair yeni planlarını açıqlayıb.

Mask bildirib ki, “Twitter”in ən son versiyası birbaşa mesajlara və ya DM-lərə edilən dəyişiklikləri ehtiva edir.

Yeni dəyişiklikdən sonra istifadəçilər artıq təkcə sonuncu qəbul edilən deyil, istənilən DM mesajına cavab verə və mesaja reaksiya vermək üçün istənilən emojidən istifadə edə bilərlər.

Mask həmçinin bildirib ki, istifadəçilərin telefon nömrəsi təqdim etmədən “dünyanın istənilən yerində yaşayan insanlarla danışa” bilmələri üçün platformaya tezliklə audio və video zəng funksiyası da əlavə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et