Müəllif: Tamara Mustafayeva, Banco.az
FED-in pul siyasəti strategiyası üçün kritik əhəmiyyət kəsb edən inflyasiya məlumatları açıqlanıb.
Banco.az xəbər verir ki, ABŞ-da aprel ayı üzrə inflyasiya göstəriciləri əsas komponentlərdə mülayim reqressiyaya işarə edərkən, bunun da FED-ə monetar sərtləşdirmə strategiyasına fasilə verməyə imkan yaradacağı düşünülür.
Belə ki, dünən açıqlanan məlumatlara görə, ABŞ-da istehlak qiymətləri əvvəlki aya nəzərən 0,4 faiz artıb. İllik inflyasiya isə 4,9 faiz təşkil edib.
Ekspertlər də aylıq inflyasiyanın məhz qeyd olunan nisbətdə gələcəyini düşünürdülər, ancaq illik inflyasiya proqnozu 5 faizi göstərirdi.
Baza göstəricilərə nəzər saldıqda görülür ki, ərzaq və enerji qiymətlərinin xaric edildiyi istehlak qiymətləri aprel ayında aylıq 0,4 faiz, illik 5,5 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!