Avstraliya viza rüsumlarını artırmağa hazırlaşır | Banco.az

Avstraliya viza rüsumlarını artırmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya viza rüsumlarını 6 ilə 40 faiz aralığında artırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, Avstraliya hökuməti turist və immiqrant viza növləri üçün müraciət rüsumlarını iyun ayından etibarən 6-40 faiz artıracaq.

Turist və immiqrant viza rüsumlarının artırılması federal hökumətin dünən açıqladığı büdcədə öz əksini tapıb.

Sözügedən büdcədə viza rüsumlarının 6-40 faiz artırılması ilə yaxın 5 ildə 665 milyon dollar gəlir əldə ediləcəyi və bunun viza proseslərinin və digər dövlət xidmətlərinin təkmilləşdirilməsi istiqamətində istifadə ediləcəyi qeyd edilib.

Bu çərçivədə turist, qısamüddətli iş vizası və təhsil vizası kimi qısa müddətli viza növlərinin rüsumlarında 15 faiz artım olacaq. İnvestor və sahibkar viza növləri üzrə müraciət rüsumu isə 40 faiz artırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et