İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib | Banco.az

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

"Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Ümummilli Liderin güclü Azərbaycan dövlətinin formalaşmasında, ölkəmizin sosial-iqtisadi uğurlarında misilsiz xidmətləri dərin rəğbətlə xatırlanır.

Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış nailiyyətlər Ulu Öndərin dövlətçilik siyasəti, Vətənə olan sonsuz sevgisi və mütərəqqi ideyalarının nəticəsidir. Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və onun ölkəmiz üçün xidmətləri yüzilliklər boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq!", - məlumatda deyilir

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et