EIA qlobal neft tələbatı üzrə artım proqnozunu çoxaldıb | Banco.az

EIA qlobal neft tələbatı üzrə artım proqnozunu çoxaldıb

Müəllif - Aida İsaq, Banco.az

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası qlobal neft tələbi ilə bağlı artım proqnozunu çoxaldıb. 

Banco.az xəbər verir ki, şirkət həmçinin Brent və Qərbi Texas nefti üçün qiymət proqnozlarını aşağı salıb. EIA aylıq proqnoz hesabatında qlobal neft tələbi üçün 2023-cü il üçün artım gözləntisini gündəlik 120 min barrel artıraraq 1,56 milyon barrelə çatdırıb. Bundan başqa, IEA 2024-cü il üçün qlobal neft tələbi artımı gözləntisini gündəlik 130,000 barel azaldaraq 1,72 milyon barrelə endirib.

Hesabatda ABŞ-ın xam neft hasilatının bu il təqribən 5 faiz, yanacaq tələbinin isə eyni dövrdə 1 faiz artacağı proqnozlaşdırılıb.

ABŞ-da hasilatın 2023-cü ildə 5,1 faiz artaraq 12,53 milyon barrelə çatacağını təxmin edən şirkət, 2024-cü ildə hasilatın 1,3 faiz artaraq 12,69 milyon barrel səviyyəsində olmasını gözlədiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram